Ramil Səfərovla bağlı Avropa Parlamentinin prezidentinə müraciət edilib
Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin sədri, millət vəkili Elxan Süleymanov Avropa Parlamentinin (AP) prezidenti, AP-dəki siyasi qrup rəhbərləri, Avropa Parlamenti üzvləri, Avronest Parlament Assambleyası həmsədrləri, Şərq tərəfdaşlığı ölkələrinin Avronest PA üzvlərinə müraciət edib. Lent.az-ın məlumatına görə, millət vəkilinin müraciətində Ramil Səfərovun işi ilə bağlı Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin mövqeyi diqqətə çatdırıb: “Birincisi, necə ki bu məsələ bəzi emosional reaksiyalara səbəb ola bilib, hüquqi cəhətdən aydındır ki, – beynəlxalq təşkilatlar tərəfindən də təstiq olunduğu kimi – Ramil Səfərovun Macarıstandan Azərbaycana ekstradisiya olunması, “Məhkum Olunmuş Şəxslərin Ekstradisiyası üzrə Avropa Konvensiyası” na əsasən həyata keçirilib, hansı ki, hər iki dövlət də bu konvensiyanı imzalayıblar.
İkincisi, yuxarıda qeyd olunan Avropa Konvensiyasının 12 – ci maddəsi açıq şəkildə icazə verir ki, hər hansı bir üzv ölkə öz konstitusiyasına və milli qanunvericiliyinə görə əfv, amnistiya və ya cəzanın yüngülləşdirməsini təmin etsin. Bu halda ekstradisiya prossesi və daha sonra əfv bu Avropa Konvensiyası və beynəlxalq hüquq standartlarına tam uyğundur.
Azərbaycan Leytenantı Ramil Səfərov, 8 il həbsdə yatıb, 20 ildən bu yana isə, minlərlə Azərbaycanlı mülki şəxslər ermənilər tərəfindən qətlə yetirildiyinə görə bu günə qədər heç bir erməni cəzalandırılmayıb. Beynəlxalq ictimaiyyət isə, Azərbaycan vətəndaşlarına qarşı həyata keçirilən erməni zorakılığına nəinki öz etirazını bildirməyib, hətta bu məsələdə Azərbaycanın tələblərinə məhəl qoymayıblar.
Ermənistanın, Ramil Səfərovla bağlı beynəlxalq aləmdə qaldırdığı bu müzakirə, onların təcavüzlə işğal etdikləri ərazilərdə qanunsuz möhkəmlənməsi və bəynəlxalq təşkilatların, (BMT, AŞPA, AP, ATƏT və s.) qeyd-şərtsiz zəbt olunmuş torpaqları işğaldan azad etməsi tələblərindən imtina etməsi məqsədi güdür.
Təəssüflə qeyd edirik ki, Ramil Səfərovla bağlı müzakirə və Azərbaycanlı mülki şəxslərin ermənilər tərəfindən davamlı qətlə yetirilməsi yuxarıda qeyd olunan beynəlxalq təşkilatların qərarlarının Ermənistan tərəfindən yerinə yetirilməməsinin nəticəsidir”.
Jalə

2252