Müdirinin 135 milyon  pulunu oğurladı
10 noyabr 2025 20:02 (UTC +04:00)

Müdirinin 135 milyon pulunu oğurladı

1

Rusiyanın Vladimir şəhərində kişi iş yerindən 135 milyon rubl (təxminən 2 milyon 825 min manat) oğurlayıb.

Lent.az yerli mediaya istinadən xəbər verir ki, polis 52 yaşlı Moskva sakinini saxlayıb.

İstintaqın versiyasına görə, şirkətin əməkdaşı olan şəxs Akademik Tupolev sahilində yerləşən ofisdə olarkən seyfi açıb və baş direktora məxsus 135 milyon rublu oğurlayıb. Daha sonra avtomobillə hadisə yerindən uzaqlaşıb.

Şirkət əməkdaşına qarşı Cinayət Məcəlləsinin 158-ci maddəsi (“Oğurluq”) üzrə cinayət işi açılıb və həbs olunub. 

Hadisə anı videoya düşüb. Kadralarda kişinin çantalarla avtomobilə yaxınlaşdığı, əşyalarını içinə qoyub uzaqlaşdığı görünür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 338

Oxşar yazılar