Yumurtanın  sarısında bu ləkəyə   diqqət edin, yoxsa...
27 mart 2023 17:47 (UTC +04:00)

Yumurtanın sarısında bu ləkəyə diqqət edin, yoxsa...

Yumurta uzun müddət toxluq hissini təmin edən bir məhsuldur.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, yumurtanın sarısında qırmızı ləkə ola bilər.

Bəziləri yumurtanın xarab olduğunu düşünür. Araşdırmalara görə, bu, yalnız sarısı əmələ gəldikdə görünən bir qan laxtasıdır.

Bu ləkələrin olması, ümumiyyətlə, toyuqun sağlamlığının pis olduğunu göstərmir. Bu, adətən, quşun bədənində genetik meyl və ya vitamin çatışmazlığı nəticəsində yaranan bir qüsurdur.

Bu qüsur insan sağlamlığı üçün heç bir təhlükə yaratmır, məhsulun dadına da təsir etmir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1818
avatar

Arzu Qurbanlı

Oxşar yazılar