Mütəxəssislər yemişin kimlərə daha çox fayda verdiyini açıqlayıblar.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, yemişin tərkibində liflə yanaşı, A, B və C vitaminləri, maqnezium və silikon var.
Yemişin tərkibindəki kalium səbəbiylə hipertoniyanın qarşısını alır.
Meyvənin dörddə biri gündəlik kalium ehtiyacının təxminən 20% -ni ehtiva edir ki, bu da maqneziumla birlikdə damarların divarlarına müsbət təsir göstərir, spazmların qarşısını alır.