Alimlər ömrü azaldan yemək vərdişini açıqlayıblar.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalara görə, yeməkdə həddindən artıq miqdarda duz yemək vaxtından əvvəl ölüm riskini artıra bilər.
Süfrəyə duz əlavə etmək adi yemək davranışıdır. Tədqiqatçılar müəyyən ediblər ki, erkən ölüm riski yeməklərinə duz əlavə edənlərdə əlavə etməyənlərlə müqayisədə 28 faiz yüksəkdir.
Ümumilikdə, tədqiqat vurğulayır ki, müntəzəm duz qəbulu gözlənilən ömrü bir neçə il qısalda bilər. Alimlər qeyd edirlər ki, duz qəbulunun cüzi azaldılması belə, sağlamlıq baxımından çox əhəmiyyətlidir.