Yayda qəhvə ilə necə tez arıqlamaq  olar?
13 may 2024 18:41 (UTC +04:00)

Yayda qəhvə ilə necə tez arıqlamaq olar?

Elmi araşdırmalar göstərir ki, qəhvəni südlə içmək orqanizm üçün son dərəcə faydalıdır.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, qəhvə orqanizmi nəinki canlandırır və əhval-ruhiyyəni qaldırır, həmçinin sağlamlıq üçün çox faydalıdır. Çünki qəhvənin tərkibində demək olar ki, bütün bədən sistemlərinin fəaliyyətinə müsbət təsir göstərən antioksidanlar var. Amma qəhvəyə yanlış inqrediyentlər əlavə etsəniz, içkinin orqanizmə bir faydası olmayacaq. 

Daha sürətli arıqlamaq üçün qəhvəyə hansı süd əlavə etməlisiniz?

Dietoloqlar qəhvəyə inək südü, əlavə şəkər və ya müxtəlif şərbətlər əlavə etməyi məsləhət görmür. Dietoloq Kelsey Kosta səhər içkinizə zənginləşdirilmiş soya südü əlavə etməyi məsləhət görür, çünki bu, bədəniniz üçün sağlam və təhlükəsizdir.

Şübhəsiz ki, bu gün kifayət qədər populyar olan badam südü içkiyə qaymaqlı tekstura və dad əlavə edir. Ancaq soya südü badam südündən daha sağlamdır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2835
avatar

Arzu Qurbanlı

Oxşar yazılar