Yayda bu qidalardan QAÇIN:  HƏKİM ÇAĞIRIŞ ETDİ
19 iyun 2025 11:52 (UTC +04:00)

Yayda bu qidalardan QAÇIN: HƏKİM ÇAĞIRIŞ ETDİ

“İsti havalarda balıq və toyuq ətindən istifadə etmək lazımdır”.

Lent.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib.

“İsti havalarda su-maye qəbulu mütləqdir. Həmçinin yay aylarında mövsümi meyvə və tərəvəz qəbulu mütləqdir. Xüsusən qarpız, yemiş kimi giləmeyvələrlə qidalanmaq orqanizm üçün faydalıdır. 

Yayda balıq və toyuq ətindən, eləcə də süddən, ağ pendirdən istifadə edilməlidir. Bu qidalalar ağırlıq yaratmadığı üçün orqanizmə zərər vermir”. 

Həkim həmçinin yayda uzaqlaşmalı olduğumuz qidalardan da danışıb:

“Yayda ağır qidalardan, eləcə də konservə olunmuş hazır məhsullardan, kolbasa, sosis və enerji içkilərindən uzaqlaşmaq lazımdır”. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 678

Oxşar yazılar