Bir çox insanlar gecələr smartfonu çarpayının yanında və ya yastığın altında saxlayır.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalara görə, mobil telefondan istifadə insan sağlamlığı üçün təhlükəsizdir.
Çoxsaylı tədqiqatlar zamanı toplanmış məlumatlar smartfonun insanlarda beyin və ya digər orqanların xərçənginə səbəb olmadığını söyləməyə imkan verir.
Smartfon radiasiyası DNT-yə mənfi təsir göstərmir. Çünki mutasiyaya və ya ən azı bir növ dəyişikliyə bu enerjinin gücü çatmır.