Üz dərisinə necə qulluq etmək lazımdır?
02 mart 2023 09:47 (UTC +04:00)

Üz dərisinə necə qulluq etmək lazımdır?

Canlı, sağlam və gənc dəriyə sahib olmaq üçün dəri baryerini gücləndirmək lazımdır. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, dərinin güclü olması üçün mütəmədi olaraq üzə qulluq edilməlidir.

Dərinin nəmləndirilməsi

Nəmləndiricilər dərini yumşaldır. Nəmləndirici kremdən müntəzəm istifadə etməmək dərinin həddindən artıq qurumasına səbəb ola bilər. Dərinizi hər gün təmizlədikdən sonra dəri tipinizə uyğun nəmləndirici tətbiq etməyiniz məsləhətdir. 

Günəş kremindən istifadə 

Günəş şüalarının dəriyə zərər verməməsi üçün dərini günəşdən qorumaq lazımdır. Bütün fəsillərdə günəşdən qoruyucu kremlərdən istifadə etməyi vərdiş halına gətirərək dərinizi gücləndirə bilərsiniz. 

Üzünüzü isti su ilə yumayın

Üzünüzü yuyarkən dəri tipinizə uyğun gel və ya köpükdən istifadə etməlisiniz. Ancaq burada başqa bir vacib məqam da var. Dərinizə zərər verməmək üçün dərini isti su ilə yumamalısınız. İlıq su ilə yaxalamağa diqqət etməlisiniz. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1614
avatar

Arzu Qurbanlı

Oxşar yazılar