Uşaqlarda bu xəstəliyə diqqət edin, yoxsa...
03 mart 2023 19:17 (UTC +04:00)

Uşaqlarda bu xəstəliyə diqqət edin, yoxsa...

Ürək xəstəliyi hər yaşda insanda ola bilər. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, ürək xəstəliyinin müxtəlif risk faktorlarına görə böyüklərdə görülməsi təəccüblü deyil. 

Amma uşaqlarda da yarana biləcək müxtəlif ürək problemləri var. Ürək xəsətliyi anadangəlmə ola bilər və ya sonradan infeksiyalar, uşaqlıq xəstəlikləri və genetik sindromlar səbəbindən görünə bilər. 

Orta hesabla hər il doğulan körpələrin 1 faizində bu problem olduğu təxmin edilir. Uşaqlara təsir edən bu anadangəlmə ürək xəstəliyinin müxtəlif tipləri var;

1. Qan axını məhdudlaşdıran aorta qapağının daralması kimi ürək qapağı pozğunluqları

2. Ürəyin sol tərəfinin inkişaf etmədiyi hipooplastik sol ürək sindromu

3. Ürəyin ventrikulyar septal qüsurları, atrial septal qüsurları, açıq kanal arteriosus kimi ürək pozğunluqları, adətən, kameralar arasında və ürəyi tərk edən əsas qan damarları arasında divarlardakı deşikləri əhatə edir.

4. Fallot tetralogiyası mədəcik çəpərindəki dəlik, sağ mədəciklə ağciyər arteriyası arasında daralmış keçid, ürəyin qalınlaşmış sağ tərəfi və yerdəyişmiş aorta kimi dörd qüsurun birləşməsidir.

Anadangəlmə ürək qüsurları uşaqların sağlamlığına uzunmüddətli təsir göstərə bilər. Onlar adətən cərrahiyyə, kateter prosedurları, dərmanlar və ağır hallarda ürək transplantasiyası ilə müalicə olunur. Təəssüf ki, bəzi uşaqlar ömür boyu nəzarət altında saxlanılmalıdır. Uşaqlarda digər mümkün ürək problemi damarlarda yağ və xolesterinlə dolu lövhələrin yığılması nəticəsində yaranan aterosklerozdur. Yığılma artdıqca, damarlar sərtləşir və daralır. Bu da qan laxtalanması və infarkt riskini artırır. Aterosklerozun inkişafı adətən uzun illər çəkir.

Uşaqların və ya yeniyetmələrin bundan əziyyət çəkməsi qeyri-adi haldır. Bununla belə, piylənmə, şəkərli diabet, hipertoniya və digər sağlamlıq problemləri uşaqları daha çox risk altında qoyur. Buna görə də, ailədə ürək xəstəliyi və ya şəkərli diabet kimi risk faktorları olan və artıq çəki və ya obez olan uşaqlarda yüksək xolesterol və yüksək qan təzyiqinin yoxlanılması vacibdir. İdman və sağlam pəhriz kimi həyat tərzi dəyişiklikləri tez-tez müalicə olaraq tövsiyə olunur.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2166
avatar

Arzu Qurbanlı

Oxşar yazılar

Bu giləmeyvə insanı xərçəngdən  qoruyur

Bu giləmeyvə insanı xərçəngdən qoruyur

27 iyul 2024 , 11:17
Hansı tərəvəzləri çiy yemək  olmaz?

Hansı tərəvəzləri çiy yemək olmaz?

26 iyul 2024 , 19:33
Üzməyə getməmişdən əvvəl bu qidalardan uzaq durun, yoxsa...

Üzməyə getməmişdən əvvəl bu qidalardan uzaq durun, yoxsa...

26 iyul 2024 , 18:54
Diş fırçasını  nə vaxt dəyişmək lazımdır?

Diş fırçasını nə vaxt dəyişmək lazımdır?

26 iyul 2024 , 17:23
Orqanizm üçün ən sağlam  meyvə şirəsi

Orqanizm üçün ən sağlam meyvə şirəsi

26 iyul 2024 , 15:39
DİQQƏT!  Qəhvəni bu saatlarda içməyin

DİQQƏT! Qəhvəni bu saatlarda içməyin

26 iyul 2024 , 11:06
Virusun yoluxucu olub-olmadığı  belə müəyyən ediləcək

Virusun yoluxucu olub-olmadığı belə müəyyən ediləcək

26 iyul 2024 , 10:14
Həddindən artıq yuxu bu xəstəliyə  səbəb olur

Həddindən artıq yuxu bu xəstəliyə səbəb olur

25 iyul 2024 , 19:46