Uşaqlarda ani ölümlər infarkt deyil, irsi xarakter daşıyır. Uşaqlarda ürək problemləri anadangəlmə ola bilər və ya sonradan yaranar. Uşaqlarda ani ölümlər infarkt deyil, irsi xarakter daşıyır
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, ürək-damar xəstəlikləri dünyada ölümün əsas səbəblərindən biridir. Hər il təxminən 18 milyon insan ürək-damar xəstəliklərindən ölür. Yemək vərdişləri, piylənmə, siqaret və buna bənzər risk faktorları xüsusilə infarkt səbəbiylə ölümlərin artmasına səbəb olur.
Bəs, uşaqlarda infarkt riski artırmı?
Böyüklərdə çox rast gəlinən infarktın uşaqlarda da müşahidə olunduğuna dair yanlış fikir var. Uşaqlarda ani ölümlər infarkt deyil, irsi xarakter daşıyır. Uşaqlarda infarkt olduqca nadirdir. Bu ani ölümlər xalq arasında infarkt olaraq adlandırılsa da, daha çox irsi səbəblərdən qaynaqlanır. Uşaqlarda bəzi narahatlıqlar ürək əzələsinin qalınlaşması və ya bəzi anadangəlmə damar anomaliyaları kimi vəziyyətlərə görə yaranır. Uşaq və gənclərdə ani ölümün səbəbləri bu şəkildə anadangəlmə problemlər, bəziləri ritm pozğunluğu, bəziləri ürək əzələsi ilə əlaqədardır.