Ürək xəstəlikləri niyə daha çox kişilərdə olur? – KARDİOLOQ AÇIQLADI
01 mart 2023 16:30 (UTC +04:00)

Ürək xəstəlikləri niyə daha çox kişilərdə olur? – KARDİOLOQ AÇIQLADI

Simptomları xəstəliyə görə dəyişən ürək xəstəlikləri kişi və qadınlarda fərqli əlamətlərlə özünü göstərə bilər. Ancaq ümumi sayıla bilən simptomlar var. Araşdırmalara görə, ürək xəstəlikləri daha çox kişilərdə rast gəlinir.

Maraqlıdır, görəsən, niyə ürək problemləri daha çox kişilərdə aşkarlanır?

Məsələ ilə bağlı kardioloq Famil Qaflanov Lent.az-a açıqlamasında bildirib ki, tədqiqatlara əsasən, yaş artdıqca bu xəstəliyin rastgəlmə tezliyi də artır. 

Onun sözlərinə görə, təkcə ABŞ-da 2002-ci ildə ürəyin işemik xəstəliklərinə (ÜİX) düçar olan pasiyentlərin sayı 13 milyon olub:

“Belə ki, bu xəstəliklər kişilər arasında 20-44 yaşlarında 5-8%, 45-69 yaşlarında 18-24,5% təşkil edir. Qadınlar arasında göstərici nisbətən aşağıdır və yaşlılar arasında 13-15%-dən artıq olmur. Qadınlarda kişilərə nisbətdə az olmasının səbəbi, həm kollateral damarların yaxşı inkişaf etməsi, həm də hormonlarla əlaqəlidir. Belə ki, ÜİX yaranmasının əsas səbəbi damarlarda baş verən aterosklerozdur ki, menstural sikl olan qadınlarda, yəni esterogenlərin normal miqdarında bunu demək olar ki, müşahidə etmək olmur. Belə deyək, yumurtalıqların normal funksiyası qadınları aterosklerozdan "qoruyur"”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3207
avatar

Arzu Qurbanlı

Oxşar yazılar