Unutqanlığı aradan qaldıran 4 əsas qida
13 fevral 2023 14:45 (UTC +04:00)

Unutqanlığı aradan qaldıran 4 əsas qida

Unutqanlıq təlaşlı insanların tez-tez yaşadığı əhval-ruhiyyədir.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, günümüzdə ən böyük problemi olan unutqanlığın aradan qaldırılması düzgün qidalanmadan asılıdır.

Tünd şokolad

Tünd şokolad beyni uzun müddət sağlam saxlayan və qoruyan şirin qidadır. Şokoladı yetəri qədər istehlak etmək lazımdır, əks halda tünd şokolad kökəlməyə səbəb ola bilər.

Qoz

Unutqanlığı aradan qaldırmaq üçün hər səhər 2 ədəd qoz yeməyi tövsiyə edilir. Qoz orqanizmi hər cəhətdən qoruyur.

İspanaq

Dəmir və omeqa yağ turşuları ilə zəngin olan ispanaq sinir sisteminə güclü təsir göstərir. Uşaqların ispanaq istehlak etməsi onların beyninin daha sağlam şəkildə inkişaf etməsinə səbəb olacaq.

Balıq

Balığın istehlak edilməsi beyin hüceyrələrinin zədələnməsinin qarşısını alır. Həftədə iki dəfə balıq yeməklə yaddaş itkisinin və beyin hüceyrələrinin ölümünün qarşısını alır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2427
avatar

Arzu Qurbanlı

Oxşar yazılar