Təbii zeytun yağını necə ayırd etmək olar?
28 dekabr 2022 09:09 (UTC +04:00)

Təbii zeytun yağını necə ayırd etmək olar?

Saysız-hesabsız faydaları olan zeytun yağı sağlam qidalanmada əsas rol oynayır. 

Bəs təbii zeytun yağını necə ayırd etmək olar?

Lent.az-ın məlumatına görə, təbii zeytunyağını ayırd etmək üçün əvvəlcə onun növlərini bilmək lazımdır. 

Zeytun yağı növlərinə görə fərqli xüsusiyyətlərə malikdir.

İşıq, istilik, hava və zaman faktorlarından təsirlənən zeytun yağı qeyri-şəffaf şüşələrdə, bağlı və quru yerdə saxlanmalıdır.

Zeytun yağı sərin yerdə saxlanmalı, lakin soyuducuya qoyulmamalıdır. Otaqda sərin və qaranlıq yer zeytun yağı üçün idealdır.

Bişirərkən zeytun yağını sobanın yanında, isti havaya məruz qala biləcəyi yerlərdə saxlamaq olmaz.

Zeytun yağını işıqlı yerdə saxlamaq lazımdırsa, tünd şüşədə saxlamaq olar. Mətbəxin ən qaranlıq yerində saxlamağa çalışın.

Hər bir zeytun yağının özünəməxsus rəngini, qoxusunu və dadını qoruyub saxlaması orta hesabla 1,5 ildir.

Zeytun yağı gözlədikcə xarab olmasa da, yavaş-yavaş ətrini itirir, getdikcə daha açıq rəng alır və dadı acı olur. Mədəni narahat edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1920
avatar

Arzu Qurbanlı

Oxşar yazılar