Şirin qidaların acı fəsadları: QLİKASİYA nədir?
04 may 2021 19:12 (UTC +04:00)

Şirin qidaların acı fəsadları: QLİKASİYA nədir?

Normal sağlam insanda düzgün qidalanmada qəbul edilən şəkər enerji sintezinə qoşulur, digər hissəsi rezerv qlikogen şəklində qaraciyərdə toplanır. Lakin hazırda geniş yayılmış karbohidrat bunu, yəni qidada daha çox karbohidratların, xüsusən tez mənimsənilib insulin sıçrayışına səbəb olan sadə şəkərlərin ifrat qəbulu, bir sıra xəstəliklərin inkişafına səbəb olur.

Bəs, yanlış qidalanma sayəsində şəkər artıqlığı hansı fəsadlar törədir?

Lent.az-ın xəbərinə görə, həkim Amaliya Rəhimova bildirib ki, karbohidratların həddən artıq qəbulunda (çörək, un, şəkər məmulatları, şirin içkilər, kompot, dondurma) sərbəst şəkərlər toksin kimi çıxış edərək orqanizmin istənilən zülalı ilə birləşib onların funksiyasını pozur.

“Mürəkkəb və çoxpilləli biokimyəvi reaksiya nəticəsində orqanizm üçün çox toksiki olan qlikasiya məhsulları (AGE) əmələ gəlir ki, bu məhsulların hüceyrədə toplanması tədricən hüceyrənin funksiya pozulmasına, sonda isə məhvinə səbəb olur. Qlikasiya prosesının diabet və qocalmanın, Bexterev xəstəliyi, Parkinson, dağınız skleroz, artroz, digər degenerative xəstəliklərin patogenezində rolu sübut olunub”.

Həkimin sözlərinə görə, qlikasiya nəticəsində funksiya pozulmaları yaranır:

- Damarın daxili divarının zədələnməsi, sərtləşməsi və qan dövranı pozulması, insulta, infarktın inkişafına zəmin yaradılması

- Kollagen zülalının zədələnməsi nəticəsində kollagen liflərinin elastikliyi zəifləyir, dəri qocalır, bağ və vətərlər boşalır (daxılı orqanlar sallanır), qığırdaq degenerasiyası baş verir

- Göz bülluru zülalının zədələnməsi ilə katarakta başlayır

- İmmunoqlobulinlər öz xassələrini itirdiyindən orqanizmin müdafiə funksiyası zəifləyir (hazırki Covid dönəmində çox aktualdır - immun sisteminin yarıtmaz fəaliyyəti).

- Böyrəklərin yumaqcıq aparatının zədələni

- İnsulinin qlikasiyası onun spesifik reseptorlara qarşı həssaslığını azaldır

- Makrofaq reseptoru ilə birləşərək onları iltihabtörədici sitokinlərin ifrazına sövq edir, beləliklə, iltihab prosesinə təkan verir

- DNT və nukleotidlərin qlikozilləşməsi mutasiyalara səbəb olur

AGE orqanizmdə yaranmaqla yanaşı, xaricdən də qəbul olunur. Yüksək temperaturda sobada və ya yağda qızardılmış toyuq, kartof, balıq, ət AGE ilə zəngin olur. Həmçinin, istənilən qızarmış məhsul (çörək, pirojki, unlu-şəkərli bişintilər) xeyli miqdar qlikotoksin ehtiva edir. Bu qidaların müntəzəm istifadəsi karbohidrat qəbulu ilə birlikdə erkən qocalmaya, xroniki xəstəliklərə yol açır”.

AGE-nin azaldılma yolları hansılardır?

- Sadə şəkər qəbulunu minimallaşdırmaq

- Insulinə qarşı həssaslığı qorumaq, artırmaq

- Ara yeməklərindən imtina

- Zülallı yeməkləri çörəksiz yemək

- Qidaların qızılı qabıqlı, qızarmış yerini yeməmək

- Fiziki aktivliyi artırmaq, əzələni inkişaf etdirmək: bu zaman şəkər əzələ tərəfindən mənimsənilib qanda azalır

- Rozmarin, şalfey, zəncəfil, qara istiotdan müntəzəm istifadə

- Autofagiya vasitəsilə artıq yaranmış AGE ləri xaric etməyə kömək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3561
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar