Şəkər baş ağrısına səbəb olurmu?
26 avqust 2023 10:55 (UTC +04:00)

Şəkər baş ağrısına səbəb olurmu?

Gün ərzində yaşanan baş ağrıları insanların qorxulu yuxusu olmaqda davam edir. Çoxları səbəbini bilmədiklərindən bunun başqa bir xəstəlikdən qaynaqlandığını düşünürlər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, şəkər internetdə ən çox araşdırılan baş ağrısı səbəblərindən biridir.

Şəkərli diabet çox riskli bir xəstəlikdir və aşkar edildiyi andan nəzərə alınmalıdır. Qan şəkərinin yüksəlməsi ilə baş verən bu xəstəlik orqanizmdə müxtəlif mərhələlər və fərqli simptomlar göstərə bilər. Odur ki, şəkərli diabeti olan və gün ərzində başı ağrıyan insanlar ağrılarının səbəbinin şəkər olub-olmadığını düşünürlər.

İnsanlarda baş ağrısı diabetin dolayı və ya birbaşa nəticəsi olaraq baş verə bilər. Diabet sinir sisteminə mənfi təsir göstərə bilər və sinir sistemi problemləri baş ağrılarına səbəb ola bilər. Bundan əlavə, yüksək qan şəkəri bədəndə su itkisinə səbəb olur), bu da baş ağrısı riskini artırır. Diabet də miqren tipli baş ağrılarına səbəb ola bilər.

Ancaq baş ağrısının tək səbəbi şəkərli diabet deyil. Gündəlik həyatda baş ağrılarının müxtəlif səbəbləri ola bilər. Diabet bu amillərdən yalnız biri ola bilər. Buna görə baş ağrısının əsas səbəbini müəyyən etmək üçün həkimə müraciət etməlisiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2418
avatar

Xədicə SƏXAVƏT

Oxşar yazılar