Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində II turun növbəti matçları keçirilib.
Lent.az xəbər verir ki, A, B və C Liqalarında qarşılaşmalar baş tutub.
Son dünya və Avropa çempionu İspaniya öz meydanında Xorvatiya ilə üz-üzə gəlib. Görüş ev sahiblərinin 4:1 hesablı darmadağını ilə başa çatıb.
İngiltərə səfərdə Çexiya ilə qarşılaşıb. Qonaqlar rəqibini 2 cavabsız qolla məğlub etməyi bacarıb.
İsveçrə isə Şotlandiyaya 3:0 hesabı ilə üstələyib.
UEFA Millətlər Liqası
II tur
29 sentyabr
A Liqası
3-cü qrup
22:45. Çexiya – İngiltərə 0:2
22:45. İspaniya – Xorvatiya 4:1
B Liqası
1-ci qrup
22:45. Şotlandiya – İsveçrə 0:3
22:45. Sloveniya – Şimali Makedoniya 2:0
C Liqası
1-ci qrup
20:00. Finlandiya – Belarus 0:0
22:45. San Marino – Albaniya 0:3
3-cü qrup
20:00. Moldova – Farer adaları 1:1
22:45. Slovakiya – Qazaxıstan 2:1
4-cü qrup
22:45. Bolqarıstan – Estoniya 0:0
22:45. Lüksemburq – İslandiya 0:3