Alimlər səhər yeməyi ilə diabet arasında əlaqə tapıblar.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Tufts Universitetinin alimləri müəyyən ediblər ki, səhər yeməyində çox işlənmiş ətin istehlakı şəkər xəstəliyinə tutulma riskini artırır.
Xüsusilə, səhər yeməyində düyü, buğda, eləcə də işlənmiş ət yeyən insanlarda şəkərli diabet yaranır. Alimlər şəkərli içkilərin və meyvə şirələrinin şəkər xəstəliyi riskini artırdığını bildirirlər.