Sarımsağı bu qidalarla birlikdə yeməyin - TƏHLÜKƏLİDİR
30 aprel 2024 19:49 (UTC +04:00)

Sarımsağı bu qidalarla birlikdə yeməyin - TƏHLÜKƏLİDİR

Sarımsaq inanılmaz dərəcədə sağlamdır, lakin yanlış qidalarla birləşdirildikdə zəhərli ola bilər.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, sarımsağı südlə birlikdə istehlak etmək olmaz. Çünki tərkiblər arasında ziddiyyət yarandığı üçün mədə narahatlığına səbəb ola bilər.

Sarımsağı istehlakdan dərhal sonra meyvə ilə birləşdirməyin, çünki bu, mədədə fermentasiya və narahatlığa səbəb ola bilər. Mədə yanması və şişkinliyin qarşısını almaq üçün sarımsağı təzə pomidorla qarışdırmaqdan çəkinin.

Sarımsağın bir çox faydalı xüsusiyyətləri olsa da, onu istehlak etməkdən çəkinməli olan kateqoriyalar var: iki yaşa qədər uşaqlar, hamilə və süd verən qadınlar, mədə xorası, qaraciyər xəstəliyi, epilepsiya, astma, aşağı təzyiq və ya öd kisəsi problemi olan insanlar.

Sarımsaqdan maksimum fayda əldə etmək üçün onu çiy yemək tövsiyə olunur, çünki bişirmək faydalı xüsusiyyətlərini azalda bilər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3711
avatar

Arzu Qurbanlı

Oxşar yazılar