Sağlam idmanla məşğul olmağın 6 qızıl qaydası
25 noyabr 2024 03:03 (UTC +04:00)

Sağlam idmanla məşğul olmağın 6 qızıl qaydası

İdman etmək sağlam həyatın açarıdır. Ancaq düzgün üsullarla edilmədikdə, yaralanmalara və sağlamlığa zərər verə bilər.

Lent.az xəbər verir ki, sağlam idman etməyin yolu bədənə uyğun idman növünü tapmaqdan, düzgün texnikalardan istifadə etməkdən və lazımi tədbirləri görməkdən başlayır.

Sağlam idman üçün zəruri olan 6 qızıl qaydanı təqdim edirik:

Düzgün avadanlıqdan istifadə edin

Hər bir idman növü üçün uyğun avadanlıqdan istifadə özünüzü zədələrdən qorumağın ən sadə, lakin ən təsirli yoludur. Ayaqqabıdan diz qoruyucusuna qədər düzgün avadanlıq seçmək oynaqlarınıza və əzələlərinizə olan gərginliyi azaldır.

İsinmə hərəkətlərini etməyi unutmayın

İsinmə hərəkətləri məşqdən əvvəl əzələləri və oynaqları hazırlayır. İsinmədən idmana başlamaq əzələlərin yırtılmasına və oynaqların zədələnməsinə səbəb ola bilər.

Özünüzü gücə salmayın, əksinə müntəzəm məşqə davam edin

İdman edərkən bədəninizi gücə salmaq ən çox edilən səhvlərdən biridir. Yavaş-yavaş və nəzarətdə başlamaq, xüsusilə yeni başlayanlar və ya uzun fasilə vermişlər üçün zədə riskini minimuma endirir.

Dartınma və elastiklik məşqlərinə laqeyd yanaşmayın

Məşqdən sonrakı dartınma hərəkətləri də əzələlərinizdəki gərginliyi azaldacaq, oynaqların elastikliyini artıraraq zədələrin qarşısını alacaq. Elastik əzələlər və oynaqlar ani hərəkətlərdə daha davamlı olur və zədə riskini azaldır.

Balanslaşdırılmış şəkildə yeyin və su istehlakına diqqət yetirin

Əzələ və oynaqların sağlamlığı birbaşa düzgün qidalanma və kifayət qədər maye qəbulu ilə bağlıdır. D vitamini, kalsium və Omeqa-3 ilə zəngin qidaların qəbulu oynaqlarınızı və sümüklərinizi gücləndirir.

Bədəninizin dincəlməsini təmin edin

Ağrı bədəninizin sizə verdiyi xəbərdarlıq siqnalıdır. Ağrıya məhəl qoymadan məşq etməyə davam etmək ciddi zədələrə səbəb ola bilər. İdman edərkən hər hansı nahiyədə ağrı və ya narahatlıq hiss edirsinizsə, dərhal istirahət edin və lazım gələrsə, mütəxəssisə müraciət edin.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 330
avatar

Oxşar yazılar