Saç əkimi  hansı fəsadlara səbəb ola bilər?
15 noyabr 2023 17:49 (UTC +04:00)

Saç əkimi hansı fəsadlara səbəb ola bilər?

Saç tökülməsi son illərdə kişilər arasında sıx rast gəlinən bir problemdir. Bu vəziyyəti çox insan özünə dərd etməsə də, xarici görünüş baxımdan özünü pis hiss edənlərin sayı az deyil. Belə insanlar çox vaxt çarəni saç əkdirməkdə görür. Belə ki, son illərdə saç əkiminə tələbat olduqca artıb. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, saç əkimi “donor bölgə” deyilən başın arxa hissəsindən tüklərin tökülmüş nahiyəyə köçürülməsinə deyilir. Saç əkimi zamanı mütləq təcrübəli həkim və xüsusi yerlər seçilməlidir. 

Saç əkimi təcrübəli bir klinikada mütəxəssis heyəti ilə problemsiz və təhlükəsiz şəkildə həyata keçirilə bilər. Sağlamlıq texnologiyası hər gün təkmilləşdikcə, artıq ağrısız və asanlıqla saç əkimi etmək mümkündür. 

Bəs, saç əkdirməyin riskləri və zərərləri nələrdir?

Həmin fəsadları təqdim edirik: 

İşində peşəkar mütəxəssis olmayan biri tərəfindən aparılan əməliyyatlar xəstədə ciddi allergik reaksiyalara səbəb olur.

Saç əkilən nahiyədə və ya donor kimi təyin olunmuş hissədə ödem baş verə bilər. 

Saç əkimi anesteziya ilə edilən bir əməliyyat olduğu üçün şüursuz bir səhv nəticəsində qalıcı zədə və narahatlıq yaratma ehtimalı var.

Saç transplantasiyasından sonra xəstənin ağrı hiss etmək ehtimalı var.

Əməliyyat edilən bölgələrdə qanaxma ola bilər.

Transplantasiya zamanı saç kökləri düzgün bucaq altında tətbiq edilməlidir. Əks halda nizamsız və zədələnmiş saç quruluşu yaranacaq.

Saç transplantasiyasından sonra mütəxəssis məsləhətlərinə əməl edilməməsi ciddi problemlərə gətirib çıxarır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4992
avatar

Sevinc Fərid

Oxşar yazılar