Qurban ətində qurd təhlükəsinə DİQQƏT
20 iyun 2023 15:12 (UTC +04:00)

Qurban ətində qurd təhlükəsinə DİQQƏT

Qurban bayramında çox ət yemək sağlamlıq üçün müəyyən problemlərə səbəb ola bilər

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Qurban bayramında sağlam qidalanmanın mühüm tərkib hissəsi olan ət məhsullarının istehlakı artarkən, mütəxəssislər ətin saxlanma şəraiti, istehlakı və düzgün bişirilmə üsullarının vacibliyinə diqqət çəkir.

Dietoloq Volkan Çiçekdağ ifrazat və həzm sistemini təsir edən parazit növü olduğu bildirilən lent qurdunun bakteriya ilə insan orqanizminə keçdiyini, az və ya çiy bişmiş ət istehlakı və pis gigiyena şərtləri ilə bulaşdığını bildirib. Bayramda ət istehlakı ilə yanaşı şirniyyat yemək nisbətinin artdığını söyləyən Çiçekdağ, həddindən artıq şirniyyat qəbulu ilə bağlı xəbərdarlıq edib.

“Qida zəhərlənməsi ola bilər”

Qurban bayramında ətin istehlak edilməsindən qabaq 24 saat dincəlməlidir. Xüsusən də mədəsində problem olan insanlar buna diqqət etsinlər. Ona görə də əti ən azı 1 gün dincəldikdən sonra istehlak etmək faydalıdır. Əti yaxşı və düzgün bişirməsək, orada çoxalan bakteriyalara görə qida zəhərlənməsi və ya istəmədiyimiz sağlamlıq problemi ilə qarşılaşa bilərik. Ət düzgün saxlanmalı, uzun müddətli istifadəni düşünürsək dərin dondurucularda mənfi 18 dərəcədə dondurulmalıdır. Ancaq qısa müddətdə istifadə olunacaqsa, mənfi 2 ilə 4 dərəcə arasında bir neçə gün saxlanıla bilər.

Lent qurdu bağırsaq florasını pozur və arzuolunmaz nəticələrə səbəb ola bilər. Bu səbəblə tədbir görməkdə fayda var. Ətləri manqalda, sobada və qaynadılmış üsullardan istifadə edərək bişirməyi məsləhət görürük. Yüksək yağlı və yüksək temperaturda bişmiş ətin zülal strukturu da pisləşir. Tərkibindəki vitamin dəyərləri də ölür. Yağda qızartmaq məsləhət görülmür. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1752
avatar

Fidan İlqar

Oxşar yazılar

Bu giləmeyvə insanı xərçəngdən  qoruyur

Bu giləmeyvə insanı xərçəngdən qoruyur

27 iyul 2024 , 11:17
Hansı tərəvəzləri çiy yemək  olmaz?

Hansı tərəvəzləri çiy yemək olmaz?

26 iyul 2024 , 19:33
Üzməyə getməmişdən əvvəl bu qidalardan uzaq durun, yoxsa...

Üzməyə getməmişdən əvvəl bu qidalardan uzaq durun, yoxsa...

26 iyul 2024 , 18:54
Diş fırçasını  nə vaxt dəyişmək lazımdır?

Diş fırçasını nə vaxt dəyişmək lazımdır?

26 iyul 2024 , 17:23
Orqanizm üçün ən sağlam  meyvə şirəsi

Orqanizm üçün ən sağlam meyvə şirəsi

26 iyul 2024 , 15:39
DİQQƏT!  Qəhvəni bu saatlarda içməyin

DİQQƏT! Qəhvəni bu saatlarda içməyin

26 iyul 2024 , 11:06
Virusun yoluxucu olub-olmadığı  belə müəyyən ediləcək

Virusun yoluxucu olub-olmadığı belə müəyyən ediləcək

26 iyul 2024 , 10:14
Həddindən artıq yuxu bu xəstəliyə  səbəb olur

Həddindən artıq yuxu bu xəstəliyə səbəb olur

25 iyul 2024 , 19:46