Qripə daha çox  hansı insanlar yoluxur?   - CAVAB
09 dekabr 2022 14:20 (UTC +04:00)

Qripə daha çox hansı insanlar yoluxur? - CAVAB

Lent.az-ın “Bir sual bir cavab” rubrikasında növbəti mövzu qripin daha çox hansı yaş qrupunda insanların yoluxması ilə bağlıdır. 

Son günlər insanlar arasında qrip virusunun artması müşahidə edilir.

Maraqlıdır, görəsən, qrip virusuna daha çox hansı yaş qrupunda rast gəlinir?

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazovun sözlərinə görə, qrip elə bir xəstəlikdir ki, bütün yaş qruplarında rast gəlinir və ona yoluxmaq insanın həyat tərzindən asılıdır. 

Onun fikrincə,  təmasların sayı çox olarsa, yoluxma ehtimalı da artır:

"Risk qrupuna uşaqlar və qocalar, hamilə qadınlar, tibb işçiləri, məktəbəqədər tədris müəssisələrində xidmət göstərən heyət, həmçinin daxili orqanların xroniki xəstəlikləri və yaşından asılı olmayaraq immun çatışmazlığı olan şəxslər daxildir. Səhiyyə, təhsil, ictimai nəqliyyat və ictimai xidmət işçilərinin də yoluxma riski yüksəkdir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2526
avatar

Arzu Qurbanlı

Oxşar yazılar