Qış depressiyasından  necə qurtula bilərik?
10 fevral 2023 12:44 (UTC +04:00)

Qış depressiyasından necə qurtula bilərik?

Mövsümi əhval pozğunluqlarının ən çox görülən növü qış depressiyasıdır. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, psixoloqlar qış depressiyasının hər yaşda görüldüyünü bildirir:

“Qış depressiyası, digər depressiya formaları kimi qadınlarda kişilərə nisbətən 2 dəfə daha çox rast gəlinir. Bundan başqa bipolyar pozğunluq kimi müəyyən psixoloji pozğunluqları olan fərdlərin depressiya əlamətləri mövsümi olaraq dəyişə bildiyi üçün qış depressiyasına daha çox rast gəlinir. Günlərin qısalması, payız-qış aylarında gündüzün azalması, qaranlıq saatların uzun olması fərdlərin ifraz etdiyi melatonin hormonunun artmasına və serotonin hormonunun azalmasına səbəb ola bilər. Bu hormonların artması və azalması insan orqanizmi üçün zəruri olan bioloji təsirləri ortaya çıxara bilər. Parlaq işıq terapiyası qış depressiyasının aradan qaldırılmasında təsirlidir. Əgər, qış depressiyası yaşadığınızı düşünürsünüzsə, idman etmək və yaxın dostlarınızla görüşə bilərsiniz. Bunların xaricində qış mövsümü yeni hobbi ilə məşğul olmaq üçün ən yaxşı vaxt ola bilər. Bu yolla özünüzü psixoloji cəhətdən yaxşılaşdıra bilərsiniz”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1749
avatar

Arzu Qurbanlı

Oxşar yazılar