London İmperial Kollecinin mütəxəssisləri qəhvənin bağırsaq xərçənginin inkişaf riskini azalda biləcəyini aşkar ediblər.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislər birinci, ikinci və üçüncü mərhələdə kolorektal xərçəngi olan 1719 xəstənin məlumatlarını təhlil ediblər. Məlum olub ki, gündə iki-dörd fincan kofe içənlərin təkrarlanma ehtimalı əhəmiyyətli dərəcədə azdır.
Eyni zamanda, davamlı olaraq gündə dörd və ya daha çox fincan qəhvə içənlərdə kolorektal xərçəngin təkrarlanma riski 32 faiz azalıb. Bundan əlavə, ən az ölüm riski gündə dörd fincan qəhvə istehlak edənlər qrupunda qeyd edilib.
Mütəxəssislər, əldə edilən məlumatlara baxmayaraq, əlavə araşdırmalara ehtiyac olduğunu vurğulayır və qəhvə içməzdən əvvəl həkimlə məsləhətləşməyə çağırır.