Qəhvə hansı xəstəliklərə səbəb olur?
01 dekabr 2022 10:19 (UTC +04:00)

Qəhvə hansı xəstəliklərə səbəb olur?

Qəhvənin bir çox faydalarının olduğu məlumdur. Eyni zamanda çox istifadə olunduqda bir sıra fəsadlarının yarandığı barədə də daim xəbərdarlıqlar olunur.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Cənubi Avstraliya Universitetinin sağlamlıq mərkəzinin alimləri qəhvə ilə bağlı araşdırmalar aparıblar.

Onlar hesab edirlər ki, həddindən artıq qəhvə istifadəsi ciddi oynaq xəstəliklərinə gətirib çıxarır.

Məlumata görə, yeni tədqiqat başqa yolla aparılıb.

Universitetin professoru Elina Hipponen bildirib ki, əvvəllər hərtərəfli araşdırmalarda gündə altı fincana qədər qəhvənin təhlükəsiz olduğu deyilirdi:

"Bu dəfə araşdırmada biz genetik yanaşmadan istifadə etdik. Nəticələr göstərir ki, qəhvənin məqsədəuyğun normada qəbulu sağlamlığa zərər vermir. Lakin normanın aşılması oynaqların-osteoartrit və artropatiya xəstəliklərinin inkişaf riskini artırır".

Alim, osteoartrit və ya artropatiyanın irsi anamnezi olan insanlara, eləcə də artıq oynaqda problemlərlə üzləşənlər üçün qəhvədən həddindən artıq istifadə etməməyi tövsiyə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2595
avatar

Arzu Qurbanlı

Oxşar yazılar