Qatıq bütün yaş qruplarının qidalanmasında böyük əhəmiyyətə malikdir.
Lent.az xəbər verir ki, qatıq həzmi asanlaşdırır və bağırsaqların işləməsinə kömək edir. Südlə müqayisədə tərkibində az laktoza olduğu üçün həzmə kömək edir. Tərkibindəki probiotiklər sayəsində həzmlə yanaşı orqanizmin immunitetini də dəstəkləyir.
Tərkibindəki kalsium sayəsində sümükləri gücləndirir və qoruyur. Kalsiumun ən mühüm funksiyası sümüklərin və dişlərin sağlamlığını qorumaq, inkişafını təmin etməkdir. Buna görə də, sürətli böyümə, hamiləlik və laktasiya dövründə kalsiuma ehtiyac daha da artır.
Qatıq həm də fosforla zəngindir. Fosfor hüceyrələrdə DNT və RNT molekullarının əsas tikinti bloklarıdır. Hüceyrədəki bütün enerji dövranını təmin edir. 200 q, yəni bir kasa az yağlı qatıq 36 faiz karbohidrat, 32 faiz protein və 32 faiz yağdan ibarətdir. Bir kasa qatıq orta hesabla 100 kaloridir.
Bəs, qatığın tərkibində hansı vitamin və minerallar var?
1. 6,8 q protein
2. 3,5 q yağ
3. 8,2 q karbohidratlar
4. 100 mq natrium
5. 320 mq kalium
6. 230 mq kalsium
7. 200 mq fosfor
8. 10 mq xolesterol
9. 44 iu A vitamini
10. 2 mq C vitamin