Qaraciyərimiz bu 5 qidanı sevir:  Hansılar pəhrizə daxil edilməlidir?
11 aprel 2024 15:35 (UTC +04:00)

Qaraciyərimiz bu 5 qidanı sevir: Hansılar pəhrizə daxil edilməlidir?

Pəhrizinizə müəyyən qidaları daxil etməklə qaraciyərin fəaliyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilərsiniz.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalara görə, bu 5 qida qaraciyərin sağlamlığında xüsusi rol oynayır.

Mal əti

Mal əti qaraciyərinə üstünlük vermək daha yaxşıdır, tərkibində çoxlu B vitaminləri var.

Kəsmik

Tərkibində əsas amin turşusu metioninin mənbəyi olan çoxlu kazein zülalı var. Qaraciyərin bədəni toksinlərdən təmizləməsinə kömək edir.

Yumurta sarısı

Tərkibində qaraciyər üçün lazım olan çoxlu miqdarda fosfolipidlər və lesitin var.

Giləmeyvələr (moruq, çiyələk, zoğal, qaragilə)

Qaraciyər bu cür meyvələri yüksək miqdarda üzvi turşulara görə sevir.

Yaşıl çay

Qaraciyərin fəaliyyətini normallaşdırmaq üçün yaşıl çay içmək də məsləhət görülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4137
avatar

Arzu Qurbanlı

Oxşar yazılar