Qadınlar üçün ən sağlam  pəhriz: Ömrü uzadır
06 avqust 2024 19:07 (UTC +04:00)

Qadınlar üçün ən sağlam pəhriz: Ömrü uzadır

Alimlər genişmiqyaslı araşdırmalar zamanı hansı pəhrizin qadınların sağlamlığını qoruduğunu və ömrünü uzatdığını müəyyən ediblər.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, alimlər 1993-1996-cı illərdə könüllülərin sağlamlıq vəziyyəti haqqında məlumat toplayıblar. Alınan məlumatların təhlili 2018-2023-cü illər ərzində aparılıb.

Könüllülərin sağlamlıq vəziyyəti standart qan testlərinin və nüvə maqnit rezonans spektroskopiyasının nəticələrinə əsasən qiymətləndirilib.

Aralıq dənizi pəhrizindən sonra qadınlarda sağlamlıqla bağlı ölüm riski 23% azalıb. Digər səbəblər arasında tədqiqatçılar onkologiya və ürək xəstəliklərini də qeyd ediblər.

Pəhrizin əsas faydaları artıq çəki, diabet, iltihab və normal metabolizmin olmaması ilə bağlı idi.

Qadınların pəhrizi bol meyvə və tərəvəz (kartof istisna olmaqla), qoz-fındıq, tam taxıl, balıq və dəniz məhsulları, toyuq, yumurta və süd məhsulları kimi məcburi qida qruplarından ibarət idi.

Eyni zamanda qadınlara qırmızı ətdən istifadəni məhdudlaşdırmaq tövsiyə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2670
avatar

Arzu Qurbanlı

Oxşar yazılar