Qadınlarda 45 yaşdan sonra bədən yenidən qurulur və buna görə də çəki artımı çox tez baş verir.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, menopoz qadının həyatında adətən 45-55 yaş arasında baş verən təbii bir mərhələdir. Bu dövr hormon səviyyəsinin azalması ilə xarakterizə olunur. Bu qocalmanın təbii bir prosesi olsa da, qızdırma, yuxusuzluq, baş ağrısı və əzələ ağrısı kimi müxtəlif xoşagəlməz simptomlarla müşayiət oluna bilər. Bundan əlavə, xüsusilə qarın bölgəsində çəki artımı tez-tez olur.
Rsionunuzu tənzimləmək, məşq etmək və həyat tərzinizi dəyişdirməklə, artıq çəki ilə təhlükəsiz və effektiv şəkildə mübarizə apara bilərsiniz.
Balanslaşdırılmış qidalanma fiziki fəaliyyətdən heç də az əhəmiyyət kəsb etmir. Məhz bu baxımdan qida rasionuna tam taxıl məhsulları, meyvə və tərəvəz əlavə etmək lazımdır.