Dietoloq aclıq hissi yaradan qidaların adını açıqlayıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, dietoloq Aleksey Kovalkov bildirib ki, müəyyən qidalar insanda psixoloji cəhətdən aclıq hissi yaradır.
Onun sözlərinə görə, bu aclıq istənilən qida ilə kifayətlənə bilər:
“Psixoloji aclıq vəziyyətində istər-istəməz yemək istəyi yaranır. Psixoloji aclıq, fizioloji aclıqdan fərqli olaraq, kortəbii, birdən-birə yaranır. İnsan bu hissin öhdəsindən gəlmək üçün həddindən artıq qida istehlak etməyə başlayır. Bu cür aclıq kalori çatışmazlığından deyil, xoşbəxtlik hormonları - endorfinlərdən qaynaqlanır. Əgər, psixoloji aclıq baş verərsə, bu zaman dietoloq və psixoloqla əlaqə saxlamaq tövsiyə olunur”.