Peyvəndlər ilk ildə 20 milyon insanın həyatını  xilas edib
26 iyun 2022 12:57 (UTC +04:00)

Peyvəndlər ilk ildə 20 milyon insanın həyatını xilas edib

Alimlər COVID-19-a qarşı geniş miqyaslı peyvənd araşdırmasını yayıblar.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, İngiltərədəki London İmperial Kollecinin alimlərinin rəhbərlik etdiyi araşdırma 185 ölkədə aparılıb və məlumatlar 8 dekabr 2020-ci il və 8 dekabr 2021-ci il tarixlərini əhatə edib.

Bu səbəbdən sözügedən araşdırma COVID-19 peyvəndlərinin tətbiqinin ilk ilindən sonra ortaya çıxan mənzərəni ortaya qoyub.

Nəticələrə görə, peyvəndlər tətbiq olunduğu ilk ildə dünyada 20 milyon insanı xilas edib. Tədqiqata görə, Ümumdünya Səhiyyə Təşkilatının 2021-ci ilin sonuna qədər peyvəndlə əhatə olunma səviyyəsinin 40 faiz olması hədəfi yerinə yetirilsəydi, əlavə olaraq 600 min ölümün qarşısı alına bilərdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1590
avatar

Oxşar yazılar