Ötən il 160 uşaq bədxassəli onkoloji xəstə kimi qeydiyyata alınıb
04 fevral 2021 18:32 (UTC +04:00)

Ötən il 160 uşaq bədxassəli onkoloji xəstə kimi qeydiyyata alınıb

“Ötən il Milli Onkologiya Mərkəzində 160 uşaq bədxassəli onkoloji xəstə kimi qeydiyyata alınıb”. 

Bunu APA-ya Milli Onkologiya Mərkəzinin Uşaq Onkoloji Klinikasının şöbə rəhbəri, professor Reyman İsmayılzadə deyib. O bildirib ki, uşaqlarda bədxassəli şişlərdə birinci yerdə 28-30 faizlə leykozdur:

“Sonrakı yerlərdə mərkəzi sinir sistemi şişləri (20 faiz), limfomalar (15 faiz), neyroplastoma (10 faiz), böyrək şişləri (7 faiz), qaraciyər və yumşaq toxuma şişlərigəlir. Leykozları çıxmaqla digərləri dünya statistikasına uyğundur. Hazırda bizim şöbədə 1000-dən çox  uşaq qeydiyyatdadır. Hər il 130-140 birincili xəstə uşaq qeydiyyata düşür. Amma bu, bütöv statistika deyil, çünki digər xəstəxanalarda leykoz xəstələri də var”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2619
avatar

Oxşar yazılar