Oruc tutanların DİQQƏTİNƏ!  Bu səhvlərə yol verməyin
29 mart 2023 12:32 (UTC +04:00)

Oruc tutanların DİQQƏTİNƏ! Bu səhvlərə yol verməyin

Ramazan ayında oruc tutan hər kəsin qida rejimi tamamilə dəyişir. Ramazan ayında bədən sağlamlığınızı qorumaq üçün iftar və sahurda istifadə etdiyiniz qidalara diqqət etmək lazımdır. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, qidalanma və pəhriz mütəxəssisi Beyza Ersan bildirib ki, imsakda oyanıb yemək çox vacibdir.

Onun sözlərinə görə, imsak vaxtı mütləq yumurta, pendir, çörək və bol göyərti qəbul edilməlidir:

“İftarda isə qızardılmış qidalardan uzaq durmaq çox vacibdir. Çox duzlu, ədviyyatlı və yağlı yeməklərə üstünlük verilməməlidir. Tərkibi zülalla zəngin olan qidaları istehlak etməyə çalışın. İftardan sonra suyu birdən yox, müəyyən aralıqlarda içə bilərsiniz”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2001
avatar

Arzu Qurbanlı

Oxşar yazılar