Oruc tutanlar bu qidalardan imtina edin,  yoxsa...
28 mart 2023 14:36 (UTC +04:00)

Oruc tutanlar bu qidalardan imtina edin, yoxsa...

Ramazan ayında sağlamlığımızı qorumaq üçün iftar və sahur süfrələrində həm kifayət qədər, həm də balanslı şəkildə qidalanmaq lazımdır. 

Lent.az xarici mətbuata istinadən xəbərinə görə, qidalanma və pəhriz mütəxəssisi Gamze Kalelioğlu bildirib ki, Ramazan ayında bəzi qidalardan uzaq durmaq lazımdır.

Onun sözlərinə görə, iftar zamanı qızardılmış yeməklərdən imtina edilməlidir.

“Əsasən qaynadılmış və buxarda bişirilən yeməklərə üstünlük verilməlidir. Normal qidalanma rejimini pozmamağa diqqət yetirilməlidir.

Sahurda isə daha çox yumurta, pendir, qoz-fındıq kimi uzun müddət tox saxlayan qidalar istehlak edilməlidir. Suyu çay və ya qəhvə ilə əvəz etmək olmaz. Çünki çay və qəhvənin sidikqovucu təsiri var və orqanizmdə su itkisinə səbəb olur.

Ramazanda qazlı içkilər süfrələrdən əskik olmur və hamı onları tez-tez qəbul edir. Ancaq bu, sağlamlığınız üçün son dərəcə zərərlidir. İftarda şəkərsiz kompot, su, limonlu və ya adi mineral suya üstünlük verilə bilər. Yeməklərdə duzdan az miqdarda istifadə olunmalıdır”.

# 1707
avatar

Arzu Qurbanlı

Oxşar yazılar