Niyə yaş artdıqca görmə zəifləyir? - Problemin səbəbi
28 oktyabr 2025 11:22 (UTC +04:00)

Niyə yaş artdıqca görmə zəifləyir? - Problemin səbəbi

0

İllər keçdikcə bir çox insanlar xüsusən yaxın məsafədəki obyektlərə fokuslanmaqda çətinlik çəkməyə başlayır. Bu vəziyyət yaşla əlaqəli presbiopiya (uzaqgörənlik) adlanır. ABŞ və Avstraliyadan olan alimlərin son araşdırmaları bu prosesin mexanizmini açıqlayır və onun müalicəsi üçün yeni yanaşmalar təklif edir.

Lent.az xəbər verir ki, tədqiqatçılar yaşla əlaqədar olaraq göz sağlamlığı üçün vacib olan fermentlərin aktivliyini azaldan TIMP3 adlı zülalın fəaliyyətinə diqqət yetiriblər.

Bu zülal göz səthində iltihab prosesləri və lipid və zülal yığılması ilə əlaqəli digər fermenti aktivləşdirir. Məhz bu proseslər görmənin zəifləməsində əsas rol oynayır.

Görmə itkisini necə dayandırmaq olar?

Hazırda presbiopiyanın müalicəsi üçün işıq terapiyası, dərman preparatları və lazer korreksiyası kimi üsullar tətbiq olunur. Lakin bu metodların effektivliyi hələ də məhduddur.

Alimlər yeni yanaşma təklif edirlər. İltihab törədən fermentin fəaliyyətini bloklamaq və bununla da TIMP3 zülalının təsirini azaltmaq. Bu metodun yaşla əlaqəli presbiopiya ilə mübarizədə daha effektiv ola biləcəyi və görmənin daha da pisləşməsinin qarşısını ala biləcəyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 54

Oxşar yazılar