Niyə duzlu yeməkdən  sonra banan   yemək faydalıdır?
27 mart 2026 17:00 (UTC +04:00)

Niyə duzlu yeməkdən sonra banan yemək faydalıdır?

0

Kardioloqlar bildirirlər ki, bananlar hipertoniyanın profilaktikası üçün çox faydalıdır və bəzi qidalardan sonra bu meyvəni yemək lazımdır.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, banan yüksək kalium tərkibinə görə qan təzyiqinə müsbət təsir göstərir. Bu mineral böyrəklərə artıq natriumu bədəndən çıxarmağa kömək edir, maye yığılmasını və damar divarlarına düşən təzyiqi azaldır. Buna görə də banan duzlu yeməklərdən sonra xüsusilə faydalı ola bilər.

Mütəxəssislər vurğulayırlar ki, bananın miqdarını artırmaq onun təsirini eyni nisbətdə gücləndirmir. Çox banan yemək ikiqat nəticə vermir, əksinə əlavə kalori və həddindən artıq kalium qəbuluna səbəb ola bilər. Əksər hallarda gündə bir banan kifayətdir.

Bananların rasiona müntəzəm daxil edilməsi ürək-damar sistemini yalnız kalium sayəsində deyil, digər maddələr vasitəsilə də dəstəkləyir. Tərkibindəki lif və antioksidantlar “pis” xolesterinin (LDL) səviyyəsini azaltmağa və ürəyi ümumilikdə möhkəmləndirməyə kömək edir.

Araşdırmlar göstərib ki, həftədə üç-altı dəfə alma və banan yeyən hipertoniyalı insanların ürək-damar xəstəliklərinə tutulma riski daha aşağı olub.

Bananın tərkibində olan həll olunan lif, xüsusilə pektin bağırsaqlarda xolesterini bağlayaraq onun sorulmasını azaldır. Bundan əlavə, banan toxluq hissi yaradır və çəkinin nəzarətdə saxlanmasına kömək edir ki, bu da normal qan təzyiqinin qorunması üçün vacibdir. Maqnezium da əlavə rol oynayır: o, ürəyin ritmini sabit saxlamağa, ürək əzələsinin düzgün yığılmasına və boşalmasına kömək edir, həmçinin damarların genişlənməsinə şərait yaradır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 224

Oxşar yazılar