Necə edək ki, piylər ərisin, əzələ qalsın? – Azərbaycanlı dietoloq danışır
16 sentyabr 2024 11:32 (UTC +04:00)

Necə edək ki, piylər ərisin, əzələ qalsın? – Azərbaycanlı dietoloq danışır

Günümüzdə ən böyük problemlərdən biri piylənmədir. Həm kişi, həm də qadınlar artıq çəkidən əziyyət çəkirlər. Bunun üçün bir çoxları arıqlamaq üçün müxtəlif arıqlama yollarına əl atırlar. Bəs, bu zaman kilo vermə ən çox yağdan, yoxsa piydən gedir? Ümumilikdə sağlam arıqlamaq forması necədir? 

Mövzu ilə bağlı dietoloq Reyhan Cabbarlı Lent.az-ın bir neçə sualını cavablandırıb.

Onun sözlərinə görə, istər qadınlarda, istərsə də kişilərdə kilo vermə həm əzələdən həm də yağdan gedə bilər. Amma qadınların yağlanma faizi və orqanizm olaraq hormonlara bağlı bədən yağ faizi daha yüksəkdir.

“Əslində qadınlar kilo verdikdə yağdan azalma kişilərə görə daha asandır. Lakin günümüzdə məşhur olan sağlıqsız kilo vermə vasitələri və kəskin aşağı kalorili dietaların uzun müddət qəbulu bazal metabolizma sürətinə təsir etdiyi üçün həm kilo vermələri yavaşlayır, həm də orqanizmdə mineral və zülal defsitinə səbəb olur”, - deyə dietoloq bildirib. 

Reyhan Cabbarlı həmçinin düzgün arıqlama forması haqqında da danışıb:

“Dieta zamanı kilonun ən yaxşı izlənmə yollarından biri göbək və bud ətrafının metrə ilə ölçümü və bədən analizator cihazlarından istifadə etməkdir. Bədən analiz cihazı bizə pasiyentin yağ, mineral, su, əzələ kütləsini və bunların bədənə paylanma şəklini  göstərir. Ən qalıcı və düzgün kilo vermə ac qalmadan sağlam qidalanma ilə veriləndir. Bunun üçün şəxsə özəl qidalanma planlanmalı və həyat rutininə uyğunlaşdırılmalıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2976
avatar

Sevinc Fərid

Oxşar yazılar