Meyvələr orqanizmdə qocalma prosesini ləngidən antioksidantlarla zəngindir və bir çox digər sağlamlıq faydalarına malikdir. Alimlər meyvə və tərəvəzləri ən faydalı qida məhsulları hesab edir və onları hər gün qidalanmaya daxil etməyi tövsiyə edirlər. Həkimlərin fikrinə görə, hər gün 500 qr müxtəlif meyvə-tərəvəz yeyən insan özünü bir çox xəstəliklərdən qoruya bilər.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, meyvələri yeməkdən ən azı 40 dəqiqə əvvəl və ya ən azı 40 dəqiqə sonra yemək olar. Meyvələri faydalı olmağına baxmayaraq həddindən artıq miqdarda yemək olmaz. Bu ishala, köpə, qarın ağrılarına və s. kimi pozulmalara səbəb ola bilər.
Meyvə şirələrini hazırladıqdan dərhal sonra içmək lazımdır. Əks halda onlar öz faydalı xüsusiyyətlərini itirir. Həmçinin uzun müddət, hətta soyuducuda qalmış meyvə şirəsi zəhərlənməyə səbəb ola bilər.