Meymunçiçəyi virusunun adı dəyişir -  SƏBƏB
15 iyun 2022 09:05 (UTC +04:00)

Meymunçiçəyi virusunun adı dəyişir - SƏBƏB

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) irqçilik və ayrı-seçkiliyə səbəb olması ilə bağlı narahatlıqlar səbəbilə bütün dünyaya yayılan meymun çiçəyi virusunun adını rəsmi olaraq dəyişdirəcəyini açıqlayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus, təşkilatın meymun çiçəyi virusunun adının dəyişdirilməsi üçün dünyanın müxtəlif ölkələrindən olan tərəfdaşları və mütəxəssisləri ilə birlikdə işlədiyini və təşkilatın ən qısa zamanda yeni adlar barədə açıqlamalar verəcəyini deyib.

 “Ayrı-seçkilik və damğalama”

Ötən həftə 30-dan çox beynəlxalq elm adamı meymun çiçəyi adının "ayrı-seçkilik və damğalama" olduğunu və təcili olaraq adının dəyişdirilməsinə ehtiyac olduğunu söylədikdən sonra ÜST ad dəyişikliyi ilə bağlı qərarını açıqlayıb.

Alimlər arasından biri qeyd edib ki, xəstəliklərə coğrafi bölgələrin və heyvan adlarının verilməsindən imtina edilməlidir: "Bu virusa davamlı istinad və afrikalı adlandırılması yalnız səhv deyil, həm də ayrı-seçkilik və damğalamadır".

Yoluxma sayı artır

Ümumdünya Səhiyyə Təşkilatının son bəyanatına görə, bütün dünyada, əsasən də xəstəliyin endemik olmadığı Qərbi Avropa ölkələrində təxminən 1300 meymun çiçəyinə yoluxma hadisəsi aşkar edilib.

Avropa İttifaqı (Aİ) Komissiyasının sağlamlıqdan məsul üzvü Stella Kyriakides, Aİ ölkələrinin səhiyyə nazirləri ilə keçiriləcək görüşdən əvvəl verdiyi açıqlamada, Danimarka mərkəzli biotexnologiya şirkəti Bavarian Nordic ilə müqavilə imzalanacağını söyləyib. Aİ Komissiyasının məlumatına görə, 19 üzv dövlət və Aİ üzvü olmayan Norveç və İslandiya da daxil olmaqla, 900-ə yaxın meymun çiçəyinə yoluxma hadisəsi qeydə alınıb.

Virusun ilkin mənbəyi məlum deyil

Mütəxəssislərin sözlərinə görə, yaxın təmas nəticəsində yayıldığı bildirilən virusun əlamətləri arasında dəri səpgiləri, qızdırma və baş ağrısı kimi əlamətlər var. Mütəxəssislər həmçinin Qərbi və Mərkəzi Afrikada illərdir endemik virus növü kimi tanınan meymun çiçəyi virusunun müxtəlif məməlilərdə görülə biləcəyini, ancaq virusun əsl mənbəyinin bilinmədiyini bildiriblər.
 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3141
avatar

Oxşar yazılar