Limonlu çayın bilmədiyimiz faydaları
10 dekabr 2022 12:10 (UTC +04:00)

Limonlu çayın bilmədiyimiz faydaları

Çay insanın çəkisini artıran şirin içkilərlə müqayisədə kalorisi olmayan yüksək keyfiyyətli içkidir.

Lent.az xəbər verir ki, bəzi tədqiqatlardan alınan nəticələrə görə, xüsusilə limonlu çay toxluq hissini uzadır.

Orqanizmdəki toksinləri təmizləyən bu gözəl içkinin düzgün qəbulu bədənin normal fəaliyyəti üçün zəruridir. Çay qidanı enerjiyə çevirir və metabolizm prosesini yaxşılaşdırır. Metabolizmin sürəti aktivliyi saxlamaq üçün bədənin hansı tempdə kalori yandırdığını müəyyənləşdirir.

Tədqiqatlar göstərir ki, limon şirəsinin istifadəsi ümumi kalorini məhdudlaşdırmaqla birlikdə piy çöküntülərini azaldır və menopauza ərəfəsində qadınlarda insulinorezistentliyi artırır.

Limonlu çayın hazırlanması çox sadədir. Suya bir xörək qaşığı adi çay əlavə olunur və bir dəqiqəlik qaynamağa qoyulur. Daha sonra isə, limon şirəsi və şəkər əlavə olunur. İçkini yaxşıca süzgəcdən keçirmək, sonra da dadına görə isti və ya soyuq içmək tövsiyə olunur. Daha effektiv nəticələr əldə etmək üçün gündə bir-iki fincan şəkərsiz limonlu çay içmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2367
avatar

Arzu Qurbanlı

Oxşar yazılar