Son zamanlar dünyanın bir çox ölkəsində koronavirusun yeni ştammı yayılıb. Bu yeni ştamm “arcturus” ştammı adlanır.
Maraqlıdır, görəsən, Azərbaycanda da bu yeni ştamma yoluxma varmı?
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov Lent.az-a açıqlamasında bildirib ki, koronavirus infeksiyası zaman keçdikcə mutasiyalara uğrayır.
Onun sözlərinə görə, hazırda dünyada dominant olan omikron ştammı da bu cür dəyişikliklərə məruz qalır, müxtəlif altnövlər yaranır:
“Qeyd olunan “arcturus” ştammı da bunlardan biridir. Ölkəmizdə epidemioloji vəziyyət diqqətlə izlənilir və hazırda bu ştammın yayılması öz təsdiqini tapmayıb. Alimlərin fikrincə, xəstəlik eyni əlamətlərlə keçir. Lakin başlanğıc mərhələsində daha yüksək hərarət və bəzi pasiyentlərdə konyunktivitin inkişafı müşahidə edilir. İnfeksiyadan qorunma tədbirləri isə eynidir”.