Koronavirusun yarasalardan insanlara necə keçdiyi  AÇIQLANDI
29 mart 2021 19:55 (UTC +04:00)

Koronavirusun yarasalardan insanlara necə keçdiyi AÇIQLANDI

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri koronavirusun yarasalardan insana keçməsinin yolunu təsvir ediblər.

Lent.az xarici mediaya istinadla bildirir ki, onların fikrincə, ən çox ehtimal olunan versiya infeksiyanın digər heyvan növləri vasitəsilə insanlara keçməsidir.
 
Alimlər virusun armadillos, su samuru və pişiklərdə tapıldığını göstərir - bu və digər heyvanlar virusu insanlara ötürə bilər.

ÜST pandemiyanın laboratoriyadan bir maddənin sızması nəticəsində meydana gəldiyi versiyasını az ehtimal edir və bununla bağlı araşdırılma apaılmaması təklif olunur. Digər variantlar üzrə istintaqın davam etdirilməsi tövsiyə olunur.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4620
avatar

Oxşar yazılar