Koronavirusun ikiqat mutasiyalı növü tapıldı
24 mart 2021 13:20 (UTC +04:00)

Koronavirusun ikiqat mutasiyalı növü tapıldı

Hindistanda yeni ikiqat mutasiya edilmiş koronavirus ştammı aşkarlanıb. 

Lent.az xarici mediaya istinadla bildirir ki, bu haqda ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. 

“Ölkədə bir sıra digər koronavirus variantları ilə birlikdə yeni bir ikiqat mutasiya aşkar edilib”, - nazirliyin açıqlamasında vurğulanır.

İndiyə qədər Hindistan səlahiyyətliləri mutasiyaların ortaya çıxması ilə ölkənin bəzi əyalətlərində xəstəlik hallarının sürətlə artması arasında birbaşa əlaqə olması ilə bağlı kifayət qədər məlumata malik deyillər.

Fevral ayında amerikalı alimlər, koronavirusun ingilis, Cənubi Afrika və Braziliya ştamlarındakı mutasiyaların yoluxma qabiliyyətini səkkiz dəfə artırdığını aşkar ediblər. 

Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, Britaniya ştammı artıq 101, Cənubi Afrika ştammı 51 və Braziliya ştammı 29 ölkədə aşkarlanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3525
avatar

Oxşar yazılar