Koronavirusdan  ölənlər var   - SON STATİSTİKA
25 oktyabr 2022 19:08 (UTC +04:00)

Koronavirusdan ölənlər var - SON STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 64 yeni yoluxma faktı qeydə alınıb, 66 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 823 023 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 812 743 nəfər müalicə olunaraq sağalıb, 9940 nəfər vəfat edib, aktiv xəstə sayı 340 nəfərdir.

Ölkədə son sutka ərzində 2483, hazırkı dövrədək isə 7 309 540 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2097
avatar

Oxşar yazılar