Koronavirusdan daha  4 nəfər   öldü - SON STATİSTİKA
30 mart 2023 16:37 (UTC +04:00)

Koronavirusdan daha 4 nəfər öldü - SON STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 69 yeni yoluxma faktı qeydə alınıb, 17 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 829 660 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 819 134 nəfər müalicə olunaraq sağalıb, 10 182 nəfər vəfat edib, aktiv xəstə sayı 344 nəfərdir.

Ölkədə son sutka ərzində 957, hazırkı dövrədək isə 7 557 801 test aparılıb.

# 1308
avatar

Oxşar yazılar