Koronavirusdan daha  3 nəfər   öldü - SON STATİSTİKA
24 fevral 2023 17:06 (UTC +04:00)

Koronavirusdan daha 3 nəfər öldü - SON STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 28 yeni yoluxma faktı qeydə alınıb, 26 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 828 477 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 209 nəfər müalicə olunaraq sağalıb, 10 114 nəfər vəfat edib, aktiv xəstə sayı 154 nəfərdir.

Ölkədə son sutka ərzində 1 205, hazırkı dövrədək isə 7 519 926 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1431
avatar

Oxşar yazılar