Şəkidə yük maşını yandı - VİDEO
23 iyun 2026 18:10 (UTC +04:00)

Şəkidə yük maşını yandı - VİDEO

0

Şəkidə taxıl sahəsində iritonnajlı yük maşını yanıb. 

Lent.az xəbər verir ki, hadisə rayonun Sarıca kəndində qeydə alınıb.   

1988-ci il təvvəllüdlü Ruslan Vəli oğlu Ələsgərova məxsus DAF markalı, 77 KF 590 dövlət qeydiyyat nişanlı yük avtomobilində yanğın baş verib.  

Yanğın nəticəsində maşının yanar konstruksiyaları və  maşının olduğu ərazidə 100 kv.m sahədə  biçilmiş taxıl sahəsi yanıb. 

Yük avtomobilinə qoşulmuş  qoşqu və qoşquya yığılmış 24 ton taxıl yanğından mühafizə olunub. 

Yanğın zamanı xəsarət alan olmayıb. 

Faktla bağlı araşdırma aparılır.

 

Vüqar Heydərov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 284

Oxşar yazılar