Sumqayıtda 196 sürücü  saxlanıldı - VİDEO
23 iyun 2026 21:17 (UTC +04:00)

Sumqayıtda 196 sürücü saxlanıldı - VİDEO

0

 Son dövrlərdə bəzi sürücülər tərəfindən nəqliyyat vasitələrinin konstruksiyasına qanunsuz müdaxilə edilərək əlavə işıq cihazlarının quraşdırılması, işıq sistemlərinin dəyişdirilməsi və normativ tələblərə cavab verməyən işıq avadanlıqlarından istifadə halları müşahidə olunur.

DİN-dən Lent.az-a verilən məlumata görə, nəqliyyat vasitələrinə qanunsuz əlavə işıq cihazlarının quraşdırılması və ya mövcud işıq sistemlərinə müdaxilə edilməsi qarşıdan gələn nəqliyyat vasitələrinin sürücülərinin görmə qabiliyyətinə mənfi təsir göstərir, onların diqqətinin yayınmasına səbəb olur və ağır yol-nəqliyyat hadisələrinin baş vermə riskini artırır.

Qeyd olunub ki, Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən aparılan nəzarət-profilaktik tədbirlərlə qeyd olunan qayda pozuntularına yol verən sürücülər aşkar edilərək barələrində qanunvericiliyin tələblərinə uyğun inzibati protokollar tərtib edilir. Eyni zamanda, bu cür qanunsuz hərəkətləri sosial şəbəkələrdə paylaşan sürücülər də müəyyən edilərək inzibati məsuliyyətə cəlb olunurlar. Cari il ərzində Sumqayıt şəhərində bu istiqamətdə aparılan tədbirlər nəticəsində 196 belə sürücü barəsində inzibati protokol tərtib edilib. Sürücülərdən bir daha tələb olunur ki, yol hərəkəti təhlükəsizliyinin təmini məqsədilə nəqliyyat vasitələrində işıq cihazlarından istifadəyə dair müəyyən edilmiş tələblərə ciddi əməl etsinlər. Bu istiqamətdə profilaktik və nəzarət tədbirləri bundan sonra da davam etdiriləcək.
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 252

Oxşar yazılar