Argentina-Avstriya oyunundan sonra...  Messinin həyat yoldaşından sevgi mesajı
23 iyun 2026 13:24 (UTC +04:00)

Argentina-Avstriya oyunundan sonra... Messinin həyat yoldaşından sevgi mesajı

0

Lionel Messinin həyat yoldaşı Antonella Rokuzzo Argentina və Avstriya arasında keçirilən Dünya çempionatı oyunundan sonra ona nəvazişlə müraciət edib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Antonella bu mesajı Messinin 2026-cı il Dünya çempionatındakı tarixi dublundan sonra paylaşıb.

"Sənin tarix yazmağını dəfələrlə görmək necə də xoşdur. Səni sevirəm", - o, “Instagram” səhifəsində yazıb.

O, ərinə olan heyranlığını uşaqları ilə çəkdirdiyi foto ilə təsdiqləyib.

Семья Месси, фото - Новости Zakon.kz от 23.06.2026 03:43

Əfsanəvi argentinalı Avstriyaya qarşı 2:0 hesablı qələbə qazanılan oyunda iki qol vuraraq Dünya çempionatı tarixində 18 qolla ən çox qol vuran oyunçu olub. Qolların xronologiyası belədir:

• 2006-cü il Dünya çempionatı – 1 (Serbiya və Monteneqro); 

• 2014-cü il Dünya çempionatı – 4 (Bosniya və Herseqovina, İran, Nigeriyanın dublu);

• 2018-ci il Dünya çempionatı – 1 (Nigeriya);

• 2022-ci il Dünya çempionatı – 7 (Səudiyyə Ərəbistanı, Meksika, Avstraliya, Hollandiya, Xorvatiya, Fransaya qarşı dubl);

• 2026-cı il Dünya çempionatı – 5 (Əlcəzairə qarşı het-trik, Avstriyaya qarşı dublu).

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 284

Oxşar yazılar